14 Mayıs 2016 Cumartesi

Giriş: Rəngli Bir Dünya

Giriş: Rəngli Bir Dünya

Heç bir rəngin olmadığı, qapqaranlıq bir dünyada yaşamaq necə olardı, heç fikirləşdinizmi? Bir an üçün bütün fikirlərinizdən qurtularaq indiyə qədər öyrəndiyiniz hər şeyi bir kənara qoyaraq düşünün. Bədəninizin, ətrafınızdakı insanların, dənizlərin, göy üzünün, ağacların, çiçəklərin, bir sözlə hər şeyin qapqara olduğunu gözünüzdə canlandırmağa çalışın. Ətrafınızda heç bir rəngin olmadığını fikirləşin. Ətrafınızdakı insanların, pişiklərin, itlərin, quşların, kəpənəklərin, meyvələrin heç rəngi olmasaydı, nə hiss edərdiniz təsəvvür etməyə çalışın. Belə bir dünyada yaşamağı heç istəməzdiniz, elə deyilmi?
Çox insan indiyə qədər nə qədər rəngli bir dünyada yaşadığını, necə olub da ətrafında belə bir rəng müxtəlifliyinin olduğunu heç düşünməmiş ola bilər. Rənglərin olmadığı bir dünyanın necə ola biləcəyi də heç ağlına gəlməmiş ola bilər. Çünki gözləri görən hər kəs gözünü açdığı andan etibarən rəngli bir dünyayla qarşılaşmışdır. Halbuki qapqaranlıq, rəngsiz bir yer üzü modeli qeyri-mümkün deyil, əksinə əsl təəccüblü olan hal-hazırda parlaq və rəngarəng bir dünyada yaşamağımızdır.
Rəngsiz bir dünya deyiləndə ağıla qaranın, ağın və boz tonlarının olduğu bir yer gələ bilər. Halbuki qara, ağ və boz da rəngdir. Buna görə də insanın rəngsizliyi təsəvvür etməsi çox çətindir. Rəngsizliyi tərif edərkən mütləq bir rəngdən istifadə etmək məcburiyyəti yaranır. “Hər şey rəngsiz, qapqara idi; üzündə rəng qalmamışdı, ağappaq olmuşdu” kimi cümlələrlə rəngsizlik ifadə edilməyə çalışılır. Halbuki bunlar rəngsizliyin deyil ağ-qara bir dünyanın tərifidir.
Manzara
Bir saniyəlik ətrafınızdakı hər şeyin rənginin bir anda yox olduğunu düşünün. Belə bir vəziyyətdə hər şey bir-birinə qarışacaq, cisimləri bir-birindən ayırmaq mümkün olmayacaqdır. Məsələn, qəhvəyi rəngli taxta stolun üstündəki narıncı rəngli bir portağalı, qırmızı çiyələkləri və ya rəngarəng çiçəkləri görmək mümkün olmayacaqdır, çünki nə portağal narıncı olacaq, nə stol qəhvəyi, nə də çiyələklər qırmızı... Tərifinin verilməsi belə olduqca çətin olan bu rəngsiz dünyada qısa bir müddət də olsa, yaşamaq insana böyük bir sıxıntı verəcəkdir. Bir insanın xarici aləmlə əlaqə yaratmasından, yaddaşının işləməsində, beyninin öyrənmə vəzifəsini yerinə yetirməsində rəngin əhəmiyyəti çox böyükdür. Çünki insan, hadisələr və məkanlar, kəslər və obyektlər arasında ancaq xarici görünüşləri və rəngləri sayəsində sağlam bir əlaqə qurar. Yalnız səs və ya toxunma, cisimləri tanımaq üçün kifayət etməz. İnsan üçün xarici aləm ancaq rəngləriylə bir bütündür və bir məna ifadə edər.
Rənglərin müxtəlifliyinin bizə verdiyi fayda sadəcə ətrafımızı tanımaq üçün deyil. Təbiətdəki qüsursuz rəng ahəngi insan ruhuna böyük bir zövq verir. Ancaq burada diqqət yetirilməsi lazım olan bir məqam vardır: İnsanın bu ahəngi görə bilməsi və bütün təfərrüatlarından zövq alması üçün ona çox xüsusi dizayn olmuş gözlər verilmişdir. Canlılar aləmində rəngləri ən incə təfərrüatına qədər qavrayan ən funksional göz insan gözləridir. Belə ki, insan gözü milyonlarla rəngə qarşı həssasdır.1 Göründüyü kimi mükəmməl bir şəkildə çalışan insandakı göz mexanizmi, rəngli bir dünyanı görə bilmək üçün xüsusi olaraq dizayn edilmişdir. Bu səbəbdən ötrü dünyada və kainatda belə bir nizamın varlığını dərk edə biləcək tək varlıq ağıl sahibi olan insandır. Bütün bu məlumatların əsasında bu nəticə ortaya çıxır:
Yer üzündəki və göydəki hər incəlik, hər naxış, hər rəng insanın bu nizamı anlayıb dərk etməsi və bunun üzərində düşünməsi üçün yaradılmışdır. Təbiətdəki bütün rənglər insan ruhuna zövq verəcək şəkildə nizamlanmışdır. Həm canlılarda, həm də cansız dünyada qüsursuz bir simmetriya və rəng ahəngi hakimdir. Bu xüsusi vəziyyət qarşısında düşünən bir insanın ağlına olduqca əhəmiyyətli bəzi suallar gələcək.
Yer üzünü rəngli edən nədir? Dünyamıza fövqəladə gözəlllik verən rənglər necə əmələ gəlir? Yer üzündəki rəng müxtəlifliyi və rənglər arasındakı ahəngi dizayn edən kimdir? Bütün bunların təsadüflər zəncirinin əmələ gətirdiyi məqsədsiz dəyişikliklərlə meydana gəldiyi deyilə bilərmi? Əlbəttə ki, belə bir şeyi heç kim deyə bilməz. Nəzarətsiz təsadüflər milyonlarla rəngi deyil, heç bir şeyi meydana gətirə bilməzlər. Məsələn, bir kəpənəyin qanadlarını düşünün və ya hər biri bir sənət möcüzəsi olan rəngarəng çiçəkləri. Bunların şüursuz bir proses nəticəsində əmələ gəldiyini demək sağlam bir ağıl üçün, əlbəttə ki, mümkün deyil.
Bu həqiqəti belə bir misalla da asanlıqla görə bilərik. Bir insan təbiətdəki ağacları, çiçəkləri əks etdirən bir portret gördükdə bu portretdəki rəng ahənginin, nizamlı formaların, xüsusi strukturların təsadüfən meydana gəldiyini iddia etməz, hətta bunu ağlına belə gətirməz. Bu şəxsin qarşısına biri çıxsa və desə ki, “burada gördüyün rənglər küləyin təsiriylə aşdı, bir müddət sonra da yağışın və s. proseslərin təsirilə və aradan keçən uzun bir müddət nəticəsində ortaya belə bir rəsm çıxdı”. Bu iddia sahibinə inanılmayacağı qəti bir həqiqətdir. Burada olduqca maraqlı bir məqam vardır. Heç kim ağla sığmayan belə bir iddia etməyə çalışmaz, ancaq nədənsə, təbiətdə gördüyümüz qüsursuz rəng və simmetriyanın bu cür şüursuz bir proses nəticəsində meydana gəldiyi iddia edilir və hətta bu barədə təkamülçülər tərəfindən “təsadüf tezisləri“ də hazırlanır və müxtəlif işlər görülür. Bu mövzuda heç çəkinmədən əsassız iddialar irəli sürülür.
Görüldüyü kimi bu, açıq-aşkar korluqdur. Üstəlik bunun başa düşülməsi də olduqca çətindir. Bir az düşünməyə başlayıb bu korluqdan xilas olan şəxs isə dünyada olduqca möcüzəvi mühitdə yaşadığını başa düşəcəkdir. Və insan, həyatı üçün ən uyğun şərtlərə malik olan bu mühitin təsadüfən meydana gələ bilməyəcəyini də tamamilə dərk edəcəkdir. Düşünən insan, necə ki, bir portretin rəssamı olduğunu ilk baxdığı anda dərk edirsə, ətrafındakı rəngarəng, parlaq, simmetrik və olduqca estetik mühitin də bir Yaradıcısı olduğunu eyni şəkildə dərk edəcəkdir. Bu Yaradıcı yaratmada heç bir şəriki olmayan, hər şeyi bir-birilə ahəng içində yaradan, bizi milyonlarla rənglə bəzənmiş saysız-hesabsız gözəlliyin olduğu bu dünyaya yerləşdirən Allahdır. Allahın yaratmasında hər şey bir-biriylə tam bir uyğunluq içindədir. Allah, yaratma sənətindəki bənzərsizliyi Quran ayələrində belə xəbər verir:
We always see a world full of colour.
Her an böylesine renkli bir dünya görürüz
Renkler olmasa Dünya bu şekilde olurdu
Üstteki ve alttaki resimler karşılaştırıldığında, etrafımızda sürekli renkli bir dünya görmemizin ne kadar rahatlatıcı olduğu daha iyi anlaşılacaktır. Renkler insana dünyada Allah'ın verdiği en büyük nimetlerden biridir.
Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)

Ağilli Dizayn Yəni Yaradiliş

Allahın yaratmaq üçün dizayn etməyə ehtiyacı yoxdur.
Kitabın bəzi yerlərində istifadə edilən 'dizayn' ifadəsinin doğru başa düşülməsi vacibdir. Allahın qüsursuz bir dizayn yaratmış olması, Rəbbimizin əvvəl plan qurduğu daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir 'dizayn' etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda olur. Allah bu cür nöqsanlardan uzaqdır. Allahın, bir şeyin və ya bir işin olmasını istədikdə onun olması üçün yalnız: “Ol!” deməsi kifayətdir. Ayələrdə belə buyurulur:
Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.  (Yasin surəsi, 82)
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Dipnotlar

1. Bilim ve Teknik Dergisi, Mart 1985, s.23

Rəng Nədir? Necə Meydana Gəlir?

Rəng Nədir? Necə Meydana Gəlir?

Bəzi incəliklər insan yaddaşında əhəmiyyətli yer tutar və heç dəyişməz. Məsələn ən çox tanınan cisimlər olan ağaclardan başlayaq. Ağacların rəngi həmişə yaşıl və onun müxtəlif çalarlarıdır. Payız gəldikdə bu rənglərin dəyişəcəyini hamı bilir. Səmanın rəngi də mavi və ya boz rəngin müxtəlif çalarlarındadır. Meyvələrin rəngləri də heç dəyişməz, məsələn əriyin rəngiylə, albalının rəngi həmişə müəyyəndir, tanışdır. Bir sözlə, işıq altında olan hər canlının, hər cismin bir rəngi vardır. Ətrafınızdakı şeylərə diqqətli bir şəkildə baxın. Nələr görürsünüz? Masa, stul, pəncərənizdən görünən ağaclar, səma, evinizin divarları, ətrafınızdakı insanların üzləri, yediyiniz meyvələr, hal-hazırda oxuduğunuz kitab... Bunların hamısı ayrı bir rəngə malikdir. Bütün bu rənglərin nəyə görə təyin olunduğunu, necə təşkil edildiyini və necə meydana gəldiyini heç düşündünüzmü?
Manzara
Canlı həyatında olduqca əhəmiyyətli bir rolu olan rənglərin meydana gəlməsi üçün hansı şeylərin lazım olduğunu ümumi olaraq araşdıraq. (Bu maddələr daha sonra təfərrüatlı olaraq ələ alınacaq.) Tək bir rəngin, məsələn, yalnız qırmızının ya da yalnız yaşılın meydana gəlməsi üçün aşağıda maddələr halında verilmiş olan əməliyyatların hər biri bu ardıcıllığa görə reallaşmalıdır.
1- Rəngin meydana gəlməsi üçün lazım olan ilk şərt işığın varlığıdır. Bu səbəblə də əvvəlcə Günəşdən gələn şüaların necə bir xüsusiyyətə sahib olmasının lazım olduğunu araşdıraraq başlamaqda fayda vardır. Rənglərin meydana gələ bilməsi üçün Günəşdən yer üzünə gələn şüalar, rəngləri meydana gətirə biləcək şəkildə, müəyyən bir dalğa uzunluğuna sahib olmalıdır. Günəşin yaydığı bütün şüaların içindən yalnız “görünən şüalar” olaraq adlandırılan bu şüaların yer üzünə gəlmə ehtimalı 1025-də bir ehtimaldır. Bu inanılması çətin olan ehtimal reallaşar və rənglərin meydana gəlməsi üçün lazım gələn şüalar Günəşdən Dünyaya çatar.
2- Günəşdən gəlib kosmosa yayılan işıq həqiqətdə gözə zərər verəcək xüsusiyyətlərə malikdir. Buna görə də Dünyaya çatan işıq, gözün asanlıqla qəbul edə biləcəyi və zərər verməyəcəyi vəziyyətə gəlməlidir. Bunun üçün şüalar bir süzgəcdən keçməlidir. Bu nəhəng süzgəc Dünyanı əhatə edən “atmosfer”-dir.
3- Atmosferdən keçən işıq yer üzünə səpələnir və rast gəldiyi maddələrin hamısına dəyərək əks olunur. İşığın dəydiyi maddələr, işığı udmayıb əks etdirəcək xüsusiyyətlərdə olmalıdır. Göründüyü kimi maddələrin quruluş xüsusiyyəti də yer üzünə gəlib çatan bu işıqla rəngləri meydana gətirəcək şəkildə uyğun olmalıdır. Bu şərt də reallaşar və Günəşdən gələn işığın dəydiyi maddələrdən asanlıqla yeni bir işıq dalğası yayılır.
Manzara
İnsan yaşamında renklerin varlığının önemi tartışılmazdır. Çünkü her cisim rengiyle birlikte anlam kazanır. Resimde görmüş olduğunuz renklerin (siyah ve beyaz da dahil olmak üzere) hiçbirinin olmadığını düşünün. Elbette ki bu resimdeki cisimlerden hiçbirini göremezdiniz. Bu cisimlerde var olan çok sayıdaki rengin tek bir tanesinin oluşması için bile çok fazla şartın aynı anda ortaya çıkması gereklidir. Allah renklerin ortaya çıkmasını çok detaylı bir sistemin varlığına bağlamıştır.
4- Rənglərin meydana gəlməsindəki digər bir mərhələ də işıq dalğalarını qəbul edə biləcək bir qəbulediciyə, yəni gözə ehtiyac olmasıdır. İşıq dalğalarının görmə orqanlarıyla da uyğunluq içində olması zəruridir.
5- Günəşdən gələn şüalar gözümüzün təbəqələrindən keçib torlu qişada elektrik siqnalına çevrilməlidir. Daha sonra bu elektrik siqnalları insan beynində görünüşü dərk etməklə məsul olan görmə mərkəzinə çatdırılmalıdır.
6- Bizim hər hansı bir rəngi gördüyümüzü ifadə edə bilməyimiz üçün reallaşması lazım olan son bir mərhələ daha vardır. Rənglərin meydana gəlməsindəki son mərhələ görmə mərkəzinə gələn elektrik siqnallarının, burada olan sinir hüceyrələri tərəfindən “rəng” olaraq başa düşülməsidir.
Göründüyü kimi tək bir rəngin meydana gəlməsi üçün olduqca təfərrüatlı və bir-birinə bağlı bir ardıcıllıqla baş verən əməliyyatlar reallaşmalıdır.
Rənglə əlaqədar olaraq əldə edilən bütün məlumatlar rəngin meydana gəlməsi vaxtı baş verən hər bir əməliyyatın çox həssas tarazlıqlar üzərinə qurulmuş olduğunu göstərir. Bu həssas tarazlıqlar olmadığı təqdirdə rəngli bir dünya yerinə bulanıq və qaranlıq bir dünya içində qalmağımız hətta görmə qabiliyyətimizi itirməyimiz mümkündür. Yuxarıda sayılan maddələrdən yalnız torlu qişadakı elektrik siqnallarını qəbul edəcək hüceyrələrin olmadığını düşünək. Nə gələn günəş işığının kafi xüsusiyyətlərə sahib olması, nə gözün digər hissələrinin tam olması, nə də atmosferin varlığı kifayət etməyəcək.
Yeryüzü
Üzerlerindeki göğe bakmıyorlar mı?
Biz, onu nasıl bina ettik ve onu nasıl süsledik? Onun hiçbir çatlağı yok. . .
(Kaf Suresi, 6)

Görmə Əməliyyatında Torlu Qişanın Rolu

Torlu qişanı daha dərindən araşdıraraq bir az daha dərinliyə gedək. Torlu qişada özünə bir vəzifə götürən “rodopsin” adlı piqment maddəsinin olmadığını fərz edək. Rodopsin güclü işıqda öz xüsusiyyətini itirən, qaranlıqda təkrar əmələ gələn bir maddədir. Gözdə kifayət qədər rodopsin əmələ gələnə qədər göz qaranlıqda dəqiq görə bilməz. Rodopsinin xüsusiyyəti işıqdan alınan səmərənin artırılmasıdır. Bu maddə tam lazım olduğu anda ehtiyac duyduğu qədər yaradılır. Rodopsin tarazlığı qurulduğunda isə şəkillər aydınlaşmağa başlayar. Görmə əməliyyatında olduqca əhəmiyyətli bir maddə olan rodopsin olmasaydı nə olardı? Bu vəziyyətdə insan yalnız aydınlıqda görən bir canlı olardı.2 Göründüyü kimi gözdə ən incə təfərrüatına qədər düşünülmüş qüsursuz bir sistem vardır.
Bəs bizi qaranlıqlardan xilas edib, bizə rəngli bir dünya təqdim edən bu sistem kimin əsəridir?
Göz
Retina tabakasının genel yapısı ve rodopsin maddesi.
1. Çomak
2. Iki Kutuplu Hücre
3. Ganglion Hücresi
4. Koni
5. Retina Yüzeyi
6. Iris
7. Ön Boşluk
8. Kornea
9. Korneadaki Ilk Odaklama
10. Göz Bebeği
11. Lens
12. Camsı Bölme
13. Lens Tarafından Düzenlenen Merkez
14. Göz Çukurundaki Görüntü
15. Optik Sinir
16. Kör Nokta
17. Retina
18-19. Göz Akı
Bura qədər sıraladığımız hər mərhələ bir ağıl, iradə və güc tələb edən əməliyyatlardır. Belə bir ardıcıllığın və uyğunluğun təsadüfən meydana gəlmə ehtimalının olmadığı isə çox açıq bir həqiqətdir. Belə bir sistemin vaxt ərzində meydana gəlməsi də qeyri-mümkündür. Bu əməliyyatların təsadüfən meydana gəlməsi üçün milyonlarla, hətta milyardlarla il gözlənilsə də nəticə heç bir şəkildə dəyişməyəcək. Gözləməklə ya da təsadüflərlə rəngli bir dünyanı meydana gətirəcək sistemlər əsla əmələ gələ bilməz. Bu mükəmməl sistem ancaq xüsusi bir dizaynın nəticəsində ortaya çıxa bilər ki, bunun mənası da yaradılış olduğudur. Allah bütün kainatı bürüyən sonsuz bir gücün və ağlın sahibidir. Kainatdakı hər nizamda Allahın bənzərsiz yaratma sənətinin nümunələri vardır. Rənglərin meydana gəlməsindəki bənzərsiz sənət də Allahın bənzərsiz yaratması ilə ortaya çıxmışdır. Allah hər şeyə qadirdir.
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar.  (Bəqərə surəsi, 117)

Dipnotlar

2. Jillyn Smith, Sense and Sensebilities, Willey Science Edition, s.60-61

Rəngdəki Dizayn

Rəngdəki Dizayn

Bizim üçün rəng, cisimlərin xüsusiyyətlərini aydınlaşdırmağa, onlara daha yaxşı tərif verməyə imkan verən bir anlayışdır. Ətrafındakı cisimlərin rənglərini tək-tək düşünən insan həqiqətdə nə qədər təfərrüatlı bir rəng müxtəlifliyi ilə qarşı-qarşıya olduğunu asanlıqla görəcək. Canlı-cansız bütün cisimlərin bir rəngi vardır.
Gökkuşağı
Allah... O'ndan başka İlah yoktur. Diridir, kaimdir. O'nu uyuklama ve uyku tutmaz.
Göklerde ve yerde ne varsa hepsi O'nundur...
(Bakara Suresi, 255)

renkler
Renkleri Allah bize bir nimet olarak yaratmıştır. Gökkuşağının, kelebeklerin, çiçeklerin, deniz canlılarının, bulutların kısacası yeryüzündeki her şeyin bir yaratanı olmadığı iddia edilemez. Tüm bunların renginin ve şeklini örneksiz yaratan Allah'tır.
Üstəlik, dünyanın hər yerində eyni növdəki canlılarda eyni rənglər vardır. Hara gedirsiz gedin qarpızın rəngi həmişə qırmızıdır, kivilər həmişə yaşıldır, dənizlər mavidir ya da mavinin çalarlarındadır, qar ağdır, limon sarıdır, fillərin rəngi dünyanın hər yerində eynidir, ağacların rəngi də eynidir heç dəyişməz. Süni olaraq əldə edilən rənglərdə də vəziyyət dəyişməz. Dünyanın harasına gedirsiz gedin sarı ilə qırmızını qarışdırsanız narıncı, qara ilə ağı qarışdırsanız boz rəngi əldə edərsiniz. Bu da heç vaxt dəyişməz. Məhz bu məqamda daha fərqli düşünməyə başlamaqda fayda vardır. Əvvəlcə cisimlərdəki rənglərin necə meydana gəldiyi sualını verərək düşünək. Bunu belə bir misalla açıqlaya bilərik. Bir mağazaya girdiyinizi və burada rəngarəng, növbənöv naxışlara və görünüşə sahib rəngləri bir-biriylə olduqca uyğun olan parçalarla qarşılaşdığınızı düşünün. Əlbəttə ki, bu parçalar bura təsadüfən gəlməmişdir: Şüurlu kəslər tərəfindən naxışları çəkilmiş, rəngləri hazırlanmış, zəruri rəngləmə əməliyyatları yerinə yetirilmiş və daha bir çox keçid mərhələdən keçdikdən sonra o mağazada sərgilənməyə başlamışlar. Bir sözlə, bu parçaların varlığı onları dizayn edən və hazırlayan kəslərin varlığından asılıdır. Siz də bunları gördüyünüzdə bunlar bura təsadüfən gəlmiş, parçaların üzərinə tökülən boyalar nəticəsində təsadüfən bu naxışlar meydana gəlmiş deməz. Hətta heç bir ağıl sahibi varlıq belə bir iddiada ola bilməz. Eyni şəkildə təbiətdə hər an gördüyümüz görünüşləri, kəpənəkləri, çiçəkləri, dəniz altındakı rəngarəng məkanları, ağacları, buludlarla örtülmüş səmanı və digərlərini də eynilə bu mükəmməl parçalar kimi qarşımıza gətirən şüur sahibi bir İradə vardır. Kainatdakı qüsursuz müxtəliflik xüsusi bir dizaynın nəticəsidir. Bu dizayn Günəşdən gələn işığın meydana gəlməsindən, bu işığın beynimizdə rəngli bir əsər görünüşü halını almasına qədər hər mərhələdə özünü göstərər. Bu da, rənglərdəki dizaynın bir sahibinin, yəni bir dizaynerin olduğunun ən böyük dəlillərindəndir. Əlbəttə ki, çox üstün bir ağıla və çox üstün bir yaratma gücünə sahib olan Allah kainatdakı bütün rəngləri və insanı heyran edən naxışları yaradır.
Rənglərin meydana gəlməsində baş verən mərhələlər daha əvvəl qısaca maddələr halında verilmişdi. Rəngdəki üstün dizayn bu hissədə işıq, beyin və göz ardıcıllığı ilə, fərqli başlıqlar altında araşdırılacaq.

1- İşıq, Həyat Və Rəng

0*ğ-
Kızıl ötesi ışınları
A. gama ışınları
B. x ışınları
C. ultraviyole
D. kızıl ötesi ışınları
E. radyo dalgaları
Uzaydan gelen ışınlar en uzun dalga boyuna sahip radyo dalgalarından, aşırı kısa dalga boyuna sahip gama dalgalarına kadar çok farklı çeşitlerde olabilmektedir.
Günəş, kainatdakı orta ölçüdəki milyardlarla ulduzdan yalnız biridir. Günəşi bizim üçün kainatdakı ən əhəmiyyətli ulduz edən xüsusiyyətləri: Böyüklüyü, ətrafındakı planetlərlə olan əlaqəsi və saçdığı xüsusi şüalardır. Günəşin bu xüsusiyyətlərindən yalnız birinin belə hal-hazırda mövcud olan ölçülərində hər hansı bir fərq olsaydı yer üzündə həyat ola bilməzdi. Həqiqətən də Günəş, Dünyada canlı bir həyatın meydana gələ bilməsi və davam edə bilməsi üçün lazım olan ən ideal ölçülərə sahibdir.3 Məhz bu səbəblə də elm adamları Günəşi, yer üzündəki “həyat mənbəyi” olaraq xarakterizə edir.
Yer üzünün ən uyğun şəkildə qızması və bitkilərin fotosintez edə bilməsi üçün tək mənbə günəş işığıdır. Bilindiyi kimi canlı həyatının mövcud ola bilməsi üçün qızma və fotosintez prosesinin olması zəruridir. Bundan başqa yer üzündə aydınlığın və rəngli bir dünyanın meydana gəlməsi də yenə Günəşdən gələn şüalar sayəsində reallaşar. Bu vəziyyətdə dünyanın ən əhəmiyyətli enerji mənbəyi olan bu şüaların necə meydana gəldiyi sualı ağla gələcəkdir. Yer üzündəki canlı həyatının açarı olaraq xarakterizə edilə biləcək bu şüaların, bu qədər əhəmiyyətli vəzifələri yerinə yetirə bilməsi, bunun üçün lazımi xüsusiyyətlərin hamısına eyni anda sahib olması təsadüflərin əsəri ola bilməz. Bunun səbəbi işığın quruluşu araşdırıldığında daha yaxşı aydın olacaq.
Manzara
Dünya’da canlı yaşamının var olabilmesi için gereken bütün şartlar dolaylı olarak ya da doğrudan doğruya Güneş'ten gelen ışığa bağlıdır. Güneş ışınlarının yapısında ise çok hassas dengelere bağlı bir düzen vardır.
Kosmosda olan ulduzların yaydığı enerji kosmos boşluğunda dalğalar halında hərəkət edər. Günəşdən də enerji olaraq yenə dalğalar halında həm işıq, həm də istilik gəlir. Ulduzlardan yayılan bu enerjinin hərəkəti, bir gölün üzərinə atılan daşın suda meydana gətirdiyi dalğalara oxşayır. Necə göldəki dalğaların müxtəlif uzunluqları ola bilirsə, istilik və işıq yayılarkən də eyni şəkildə fərqli dalğa uzunluqları olar.
Bu məqamda kainatdakı işığın fərqli dalğa uzunluqları haqqında məlumat verməkdə fayda vardır. Kainatda olan ulduzların və digər işıq mənbələrinin hamısı eyni növdə işıq yaymazlar. Bu fərqli şüaların təsnifatı dalğa uzunluqlarına və tezliklərinə görə aparılır. Kainatdakı bu fərqli dalğa uzunluqları çox geniş bir sahəyə yayılmışdır. Məsələn ən qısa dalğa uzunluğu, ən uzun dalğa uzunluğundan tam 1025 qat daha kiçikdir. (1025 rəqəmi 1 rəqəminin yanına 25 ədəd sıfır qoyulmasıyla əldə edilən çox böyük bir rəqəmdir.)
Gama ışınları
A. Gama Işinlari
B. X Işinlari
C. Mor Ötesi Işinlar
D. Görülebilir Işik
E. Kizil Ötesi Işinlar
F. Mikro Dalgalar
G. Radyo Dalgalari
H. Güneş Işiği
a. mavi,
b. kırmızı
Işıkta bilimadamlarını şaşırtan bir düzenleme vardır. Uzaydan çok fazla ışın gelmesine rağmen Güneş ışığı yukarıdaki şematik anlatımda da görüldüğü gibi çok dar bir alana sıkıştırılmıştır. Yaşam için gerekli olan ölçü de budur.
Kainatdakı 1025 lik bir uzunluğa sahib olan şüa yelpiyinin içində, Günəşin yaydığı şüaların hamısı çox dar bir hissəyə sıxışdırılmışdır. Günəşdən yayılan fərqli dalğa uzunluqlarının 70%-i, uzunluğu 0,3 mikronla 1,5 mikron kimi çox kiçik bir interval arasında dəyişir. Günəşin şüalarının niyə belə kiçik bir intervala sıxışdırıldığını araşdırdığımızda isə qarşımıza maraqlı bir nəticə çıxar: Dünyadakı canlı həyatı və rənglərin meydana gəlməsini dəstəkləyəcək olan şüalar, yalnız bu intervalda olan şüalardır.
“Energy and the Atmosphere” adlı kitabında İngilis fiziki Yan Kempbell, bu üstün dizaynı “inanılmaz dərəcədə təəccüblü” olaraq xarakterizə edərək bu məqama belə diqqət çəkir:
Günəşdən yayılan şüaların, Dünyadakı həyatı dəstəkləmək üçün lazım olan çox kiçik intervala sıxışdırılmış olması həqiqətən çox fövqəladə bir vəziyyətdir.4
1025-lik elektromaqnit diapazonda Günəşin əks etdirdiyi bu bir birimlik şüa intervalının böyük bir qismi “görülə bilən şüa” olaraq adlandırılar. Bu vahiddən aşağı və yuxarı intervalda olan şüalar da yer üzünə infraqırmızı və ultrabənövşəyi şüalar olaraq çatır. Bir sözlə, bu iki şüa növünün xüsusiyyətlərini də araşdıraq.
İnfraqırmızı şüalar istilik dalğaları olaraq yer üzünə çatarkən, ultrabənövşəyi şüalar yüksək enerjili olub canlılar üzərində zərərli təsirlər əmələ gətirə bilirlər. İnfraqırmızı şüalar atmosferdən keçərək, Dünyanı canlıların yaşaması üçün əlverişli hala gətirəcək istiliyi təmin edərlər. Ultrabənövşəyi şüalar isə yalnız müəyyən bir nisbətdə yer üzünə çata bilərlər. Bu miqdarın bir az daha çox olması vəziyyətində canlıların toxumaları zərər görər və ölümlərə gətirib çıxarar. Az olması vəziyyətində isə canlıların ehtiyacı olan enerji təmin edilə bilməz.
Bütün bunlar canlı həyatı üçün olduqca əhəmiyyətli təfərrüatlardır. Günəşdən gələn şüaların funksiyalarında da görüldüyü kimi dünyada mövcud olan hər sistemdə bir nizam və nəzarət vardır. Nə qədər həssas bir tarazlığın olduğunu qısaca izah etdiyimiz belə bir sistemin təsadüfən əmələ gəlməsi, əlbəttə ki, mümkün deyil. Bu qüsursuz sistemin başqa bir funksiyasını daha araşdıraraq təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunu bir daha görək.

2- Yer Üzünü Bürüyən Zireh: Atmosfer

Atmosferin katları
Atmosferin Katmanları
1. 250 km
2. F2 Katmanı
3. F1 Katmanı
4. Termosfer
5. E Katmanı
6. Mezospoz
7. Mesozfer
8. D Katmanı
9. Stratopoz
10. Stratosfer
11. Tropopoz
12. Troposfer
Bəzi Günəş şüalarının canlılar üçün zərərli ola biləcəyindən daha əvvəl bəhs etmişdik. Məhz bu zərərli təsirin yox edilə bilməsi üçün bir çıxış yolu tapılmalıdır.
Gəlin bu vəziyyətə hamımız birlikdə bir çıxış yolu tapmağa çalışaq və günəş şüalarını süzəcək qədər təsirli bir sistem planlamağa çalışaq. Ancaq bu sistemin bütün Dünyanı Günəşin zərərli təsirlərindən qoruyacaq, bunun daimi olmasını təmin edəcək, qulluq tələb etməyən, həmçinin kosmosdan gələ biləcək digər təhlükələri də dərhal yox edəcək, çox funksiyalı bir sistem olması lazım olduğunu unutmayaq. Bu vəziyyətdə, şübhəsiz ki, ağıla müxtəlif alternativlər gələcəkdir, layihələr hazırlanacaqdır. Lakin hazırlanan layihələrin heç biri hal-hazırda dünyada mövcud olan filtrli qoruma qədər çox funksiyalı və təsirli olmayacaq. Bu filtrli qoruma atmosferimizdir. Dünyanın atmosferi zərərli şüaları süzmə əməliyyatında 100% müvəffəqiyyətlidir və Dünyanın qorunması üçün Allah tərəfindən xüsusi olaraq dizayn edilmişdir.
Atmosferin xüsusi təbəqələri sayəsində bu şüalardan yalnız lazım olan miqdarı yer üzünə çatar. Çünki atmosfer Günəşdən gələn şüaların hamısını dalğa uzunluqlarına görə xüsusi əməliyyatlara məruz qoyar. Atmosferimiz bütün bu şüaları süzmək üçün dizayn edilmiş nəhəng bir təmizləmə müəssisəsi kimidir. Yer üzündə tək bir nümunəsi belə olmayan bu nəhəng təmizləmə sistemi, Allahın özünə vermiş olduğu xüsusi quruluşu sayəsində bu əməliyyatları yerinə yetirə bilir. Allah göylərin yaradılışına belə diqqət çəkir.
Əlbəttə göylərin ve yerin yaradılması, insanların yaradılmasından daha böyükdür. Ancaq insanların çoxu bilməz. (Mümin surəsi, 57)
Günəşdən gələn şüalar olduqca xüsusi şüalardır. Bu şüaların yer üzünə çata bilməsi üçün atmosferdən keçəcək xüsusiyyətlərə sahib olması da zəruridir. Eyni şəkildə atmosferin də bu şüaları keçirəcək bir quruluşa sahib olması zəruridir. Əks halda nə atmosferin varlığı, nə də şüaların quruluşunun uyğunluğu bir məna ifadə etməyəcək. Atmosferin şüaları keçirmə xüsusiyyəti sayəsində günəşdən gələn şüalar yer üzünə asanlıqla gəlib çatar. Yalnız burada üzərində dayanılması lazım olan çox əhəmiyyətli bir məqam vardır.
Atmosfer yalnız və yalnız canlı həyatı üçün lazımi olan görülə bilən və yaxın infraqırmızı şüaları keçirərkən, həyat üçün öldürücü olan digər şüaların keçməsinə qəti bir şəkildə maneçilik törədir. Beləcə Günəşdən və Günəşdən kənar mənbələrdən yəni kosmosun digər yerlərindən Dünyaya gəlib çatan zərərli şüalara qarşı Dünyanın atmosferi çox əhəmiyyətli bir “süzgəc” əmələ gətirir.5 Məşhur astronom Maykl Denton bu həqiqəti belə ifadə etmişdir:
Atmosfer qazları, görünən və yaxın infraqırmızı şüalardan başqa demək olar ki, yerdə qalan digər bütün şüaları isə çox güclü bir şəkildə udarlar. Diqqət yetirilsə, atmosferin, elektromaqnit yelpiyin çox geniş alternativləri içində, keçişinə izn verdiyi yeganə şüalar, görünən şüalar və yaxın infraqırmızı şüalardan ibarət olan kiçik bir intervaldır. Demək olar ki, qamma, ultrabənövşəyi və mikro dalğalı şüalar Dünya səthinə çatmaz.6
Göründüyü kimi atmosferin quruluşunda da çox üstün bir dizayn vardır. Günəş 1025 də 1 ehtimalın arasından yalnız bizə faydalı olan və rəngli bir Dünyanı meydana gətirəcək olan şüaları göndərir, atmosfer də onsuz da yalnız bu şüaların yer üzünə keçişinə izn verir. Bundan başqa atmosferdəki qazların xüsusiyyətləri sayəsində günəş şüaları ilə birbaşa əlaqə halında olan canlı gözləri də təhlükələrə qarşı qorunmuş olar. Bütün bu xüsusiyyətlər Allahın hər şeyi müəyyən bir ölçüylə yaratdığının dəlilləridir.
Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)
Ultraviyole ışınlarıGüneş
Atmosfer, Dünya'ya sadece gerekli ışınların geçmesine izin verecek, geri kalan zararlı ışınların çoğunu ise geri yansıtacak bir yapıya sahiptir.
1. Güneş
2. Atmosfer
A. UVA kısa ışınlar. (Hemen hemen hepsi atmosferden geçiyor)
B. UVB orta uzunluktaki ışınlar. (Atmosfer % 70'ini tutuyor)
C. UVC kısa ışınlar. (Atmosfer % 100'ünü tutuyor)

3- Maddəyə Dəyən Işıq

1. Beyaz Işık
2. Prizma
Uzaydaki ve atmosferdeki madde yoğunluğu yani atomların yoğunluğu birbirlerinden farklıdır. Bu yüzden uzaydan geçerek gelen ışık atmosfere girince daha çok atoma çarptığı için daha fazla yayılır. İşte canlıların gözü ancak atmosferden kırılarak yani hafifletilerek gelen bu ışınları algılayarak renkli bir dünyayı görebilir. Atmosfersiz bir uzay ortamında ışık gözlere zarar verecek kadar şiddetlidir. Bunun dışında yakın kızıl ötesi ışınlar da aynı şekilde atmosferde yayılarak yeryüzünün ısınmasını sağlar.
Kızıl ötesi ışınlar
Günəşdən gələn işıq saniyədə 300 000 km kimi müdhiş bir sürətlə hərəkət edərək Dünyaya gəlib çatır. İşığın bu sürəti sayəsində hər an rəngli bir dünya ilə qarşılaşarıq. Bəs bu daimi görünüş necə əmələ gəlir?
Atmosferi keçərək müdhiş bir sürətlə yer üzünə gəlib çatan işıq yer üzündəki maddələrə dəyir. İşıq, bu sürətlə maddəyə dəydiyində atomları ilə qarşılıqlı təsirə girərək rəngləri meydana gətirəcək dalğa uzunluqlarına ayrılar. Beləcə əlinizdə tutduğunuz kitab, kitabın sətirləri, şəkilləri, çölə baxdığınızda gördüyünüz mənzərə, ağaclar, binalar, avtomobillər, səma, quşlar, pişiklər, bir sözlə, gözün gördüyü hər şey rənglərini əks etdirə bilirlər.
Bu rənglərin əks olunmasını təmin edən molekullar piqmentlərdir. Yəni hər maddənin əks etdirdiyi rəng, tərkibində olan piqment molekullarından asılıdır. Hər piqment molekulunun atom xüsusiyyətləri fərqlidir. Yəni bu molekullardakı atomların sayı, növü və düzülüşləri fərqlidir. Bir-birlərindən bu şəkildə fərqlənən piqmentlərə dəyən işıq, fərqli rəng çalarlarının əks olunmasına səbəb olar. Amma rəng anlayışının meydana gəlməsi üçün bu da kifayət etmir. Əks olunan və müəyyən bir rəng xüsusiyyətini daşıyan işığın, qəbul edilməsi və görülməsi üçün özünü qəbul edəcək bir göz sisteminə çatması lazımdır.

4- Gözə Gələn Işıq

Retinadaki sinir hücrelerinin bağlantıları
1. Retina
2. Koroid tabaka, gözakı
3. Göz
4. Retina
5. Göz bebeğinin arkasındaki sulu şeffaf madde
6. Epitel tabaka
7. Çomak gözeleri
8. Çomak hücresi
9. Koni hücresi
10. Yatay hücre
11. İki kutuplu hücre
12. Aksonsuz hücre
13. Görme siniri lifleri
14. Gangliyon hücresi
15. Işık ışınları
Soldaki şekilde retinadaki sinir hücrelerinin bağlantıları görülmektedir. Hücrelerin farklı tabakaları arasındaki karmaşık ara bağlantılar, sinir hücrelerinin birlikte hareket etmesi ve birbirlerini etkilemesine neden olur. Sağdaki resimde ise koni hücrelerinden bir detay görülmektedir. Kısa koni hücreleri dünyayı renkli görmemizi sağlarken, uzun çomak hücreleri şekilleri ve hareketleri görmemizi sağlar.
Maddələrin əks etdirdikləri şüalar rəng olaraq qəbul edilmək üçün gözə çatmalıdırlar. Gözün varlığı tək başına kifayət etmir. Şüalar gözdən sonra da, gözlə uyğunluq içində fəaliyyət göstərən bir beyinə çatmalıdır.
Ən yaxın nümunə olan öz gözümüzü və beynimizi düşünək. İnsan gözü bir çox fərqli orqanoid və hissədən meydana gəlmiş, olduqca mürəkkəb bir quruluşa malikdir. Bütün bunların eyni anda və uyğunluq içində işləməsi sayəsində görərik və rəngləri başa düşərik. Göz, gözyaşı vəziləriylə, buynuz qişasıyla, konyunktivlə, quzehli qişa və göz bəbəyi ilə, göz linzaları ilə, torlu qişasıyla, koroidiylə, göz əzələləri və göz qapaqları kimi toxuma və orqanoidləriylə bənzərsiz bir sistemdir. Bunlarla yanaşı beyinlə əlaqəsini təmin edən möhtəşəm sinir şəbəkəsi və olduqca mürəkkəb olan görmə sahəsiylə birlikdə bütöv bir halda qətiyyən təsadüfən əmələ gəlməyəcək çox xüsusi bir quruluşa malikdir.
Gözü qısaca tanıtdıqdan sonra görmə hadisəsinin necə baş verdiyinə də bir nəzər salaq. Gözə gələn işıq şüaları əvvəlcə buynuz qişadan, sonra göz bəbəyindən, sonra da linzadan keçərək torlu qişaya çatar.
Rəngin qəbul edilməsi torlu qişadakı konus hüceyrələrində başlayar. İşığın müəyyən rənglərinə güclü şəkildə reaksiya verən üç əsas konus hüceyrə qrupu vardır. Bunlar mavi, yaşıl və qırmızı konus olaraq təsnif edilərlər. Konus hüceyrələrinin reaksiya verdiyi qırmızı, mavi və yaşıl: Təbiətdə olan üç əsas rəngdir. Məhz bu üç rəngə həssas olan konus hüceyrələrinin fərqli dərəcələrdə xəbərdar edilmələri nəticəsində milyonlarla fərqli rəng tonu ortaya çıxar.
Konus hüceyrələri qəbul etdikləri bu rəng məlumatlarını, sahib olduqları piqmentlər sayəsində elektrik siqnallarına çevirirlər.7 Bu hüceyrələrə bağlı olan sinir hüceyrələri də elektrik siqnallarını beyindəki xüsusi bir bölgəyə çatdırarlar. Məhz həyatımız boyu gördüyümüz rəngarəng Dünyamızın meydana gəldiyi yer beyindəki bu bir neçə santimetrlik bölgədir.
Fotonlar
Güneş'ten gelen ışınlar dalga hareketi yaparak ilerleyen ve "foton" adı verilen parçacıklardan oluşurlar. Fotonlar, yeryüzündeki maddeleri oluşturan atomların elektronlarına çarptığında "renkleri ifade edecek" özel dalga boylarındaki ışığı ortaya çıkarır. Örneğin Güneş ışığı bir yaprağa düştüğünde, ışığın fotonları yaprağın yüzeyindeki pigment moleküllerinin atomlarına çarpmış olur. Bu çarpmadan doğan etkiyle yaprağın atomlarındaki elektronları hareket ettirir. Bu çarpma hareketine tepki olarak atomlar da dışarıya foton gönderirler. Böylece fotonların oluşturduğu "renk", maddenin atomları arasından gözümüze doğru yola çıkar.

5- Qaranlıq Beynimizdəki Rəngli Dünya

Rənglərin meydana gəlməsinin son mərhələsi beyində reallaşır. Əvvəlki hissədə ifadə etdiyimiz kimi gözdəki sinir hüceyrələri elektrik siqnalına çevrilən görüntüləri beyinə ötürür və xarici aləmdə gördüyümüz hər şey beyindəki görmə mərkəzində qavranılır. Ancaq bu məqamda qarşımıza təəccüblü bir həqiqət çıxır: Beyin bir ət parçasıdır və içi qaranlıqdır. İçi qapqaranlıq olan beynimizdə cisimlərdən gələn elektrik siqnalları müəyyən edilir və cisimlər, cisimlərin rəngləri və digər bütün xüsusiyyətləri hisslər şəklində yaranır. Burada üzərində əhəmiyyətlə dayanılmalı məqam, şübhəsiz ki, bir ət parçasında bu qəbul etmə əməliyyatının necə olub da reallaşdığı sualıdır.
Xüsusilə rənglərin müəyyən edilməsində bir çox sual işarəsi mövcuddur. Elektrik siqnallarının görmə sinirləri vasitəsilə beyinə necə çatdırıldığı və beyində nə kimi fizioloji təsir yaratdığı suallarına rəng alimləri hələ də cavab verə bilmirlər.8 Bildikləri yalnız rənglərin bir həqiqət kimi hiss edilməsinin içimizdə, yəni beynimizdəki görmə mərkəzində baş verdiyidir.9 (Ətraflı məlumat üçün baxın, maddənin arxasındakı sirr hissəsi)
Əslində beyinin həyata keçirdiyi əməliyyatların çox böyük bir hissəsi hələ də tam olaraq aydınlaşdırıla bilməmişdir. Bu mövzuyla əlaqədar olaraq edilən şərhlər yalnız nəzəriyyələrə əsaslanır. Halbuki, beyin, insan ilk yarandığından bəri bütün funksiyalarını eyni bugünkü kimi əskiksiz bir şəkildə yerinə yetirir. İnsanların təxminən bir kiloqramlıq ağırlığa sahib, qaranlıq bir ət parçasının içində rəngləriylə, şəkilləriylə, səsləriylə, qoxularıyla və dadlarıyla üçölçülü bir dünya yaşaması, Allahın qüsursuz yaratması sayəsindədir. Hər insan doğulduğunda bu bənzərsiz yaradılış möcüzəsini hazır olaraq tapar. İnsanın, nə bu funksiyalarının ortaya çıxmasına, nə bunların davamlılığına, nə də başqa bir mərhələyə hər hansı bir şəkildə nəzarət etməsindən söhbət gedə bilməz.
Rəbbimiz Quranda belə buyurmuşdur:
De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər. Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir surəsi, 40-41)

Dipnotlar

3. F.Press, R. Siever, Earth, New York:W.H.Freeman, 1986, s.4
4. Ian M.Camplell, Energy and Atmosphere, London: Wiley, 1977, s.1-2
5. Enyclopedia Britannica, 1994, 15th ed. Cilt.18, s.203
6. Michael Denton, Nature's Destiny, s.55
7. Bilim ve Teknik Dergisi, Sayı: 366, s.81
8. Bilim ve Teknik Dergisi, Ekim 1986, s.6
9. Bilim Teknik Dergisi, Ekim 1986, s.6-9

Rəng Verən Molekullar Piqmentlər

Rəng Verən Molekullar Piqmentlər

Daha əvvəlki hissələrdə maddələrdə olan piqment molekullarının fərqli atom xüsusiyyətlərindən ötrü şüaları fərqli şəkillərdə əks etdirmələrindən və bu sayədə rəng çalarlarının ortaya çıxdığından bəhs etmişdik. Ətrafınıza yenə belə bir baxın. Gözünüzün gördüyü sahədə nə qədər çox fərqli rəng varsa, bu o qədər fərqli sayda piqmentin varlığını göstərər. Çünki ətrafımızda gördüyümüz hər şeyin rəngi, maddələrin tərkibində olan piqmentlərdən asılıdır. Bitkilərin yaşıl rəngi, dərinizin rəngi, gözünüzün rəngi, heyvanların rəngi, bir sözlə, bütün rənglər hamısı piqmentlərin quruluş xüsusiyyətindən qaynaqlanır.
Manzara

Piqment Nədir?

ÇiçekÇiçek
Çiçeklerin yapraklarındaki renk çeşitliliğinin nedeni, yapılarında bulunan pigment moleküllerinin ışığa karşı verdikleri tepkidir.
Piqmentlər həm gözümüzdə, həm də obyektlərin əsasən xarici səthlərində olaraq rənglərin meydana gəlməsini təmin edən xüsusi molekullardır. Piqment molekullarının hərəkətə keçməsi üçün müəyyən bir enerji lazımdır. Əlbəttə ki, rənglərin meydana gəlməsindəki digər bütün mərhələlərdə olduğu kimi, piqmentlərlə işıq arasında da yenə qüsursuz bir uyğunluq vardır. Çünki yer üzünə gəlib çatan “görünən şüalar”, canlılarda rəng molekulu olaraq bilinən “piqment” molekulları üçün xüsusi olaraq nəzərdə tutulmuşdur.
Bundan başqa insan gözü də buna uyğun bir quruluşa malikdir. Gözümüzün torlu qişasında olan konus hüceyrələrinin də üç əsas rəngi, yəni qırmızı, yaşıl və mavini qəbul etməsinin səbəbi də içlərində olan xüsusi piqment molekullarıdır. Bu piqmentlərin rəngli bir dünya görməyimiz üçün reallaşdırdıqları əsas əməliyyat özlərinə gələn işığın “rəng” enerjisini elektrik siqnalına çevirmələridir. Yəni rəng deyə bildiyimiz hər şey əslində bu piqmentlərin özlərinə gələn işığın dalğa uzunluğunu elektrik siqnalı olaraq beyinə çatdırmalarıdır.10
Görünən şüanın sahib olduğu enerji səviyyəsi, canlıların dərilərində, dərilərini örtən pulcuqlarında, tüklərində və ya xəzlərində olan piqment molekullarını hərəkətə keçirmək üçün lazım olan enerji səviyyəsinə bərabərdir. Görünən şüaların intervalı daxilində olan və müəyyən rənglərə uyğun gələn dalğa uzunluqları bu piqmentləri hərəkətə keçirərək canlıların rənglərini əmələ gətirirlər.11
Göründüyü kimi canlıların, həm görmə mərkəzlərində, həm də bədənlərində olan piqmentlər, fəaliyyət göstərən digər bədən sistemləriylə birlikdə tam bir uyğunluq halındadırlar. Bir canlının görmə mərkəzində xüsusi bir piqment molekulunun olmaması və ya lazım olduğundan az olması onun ətrafındakı rəngləri seçə bilməməsinə səbəb olur.
Burada əsas olan məqam bu xüsusi molekulların canlıların dərilərində necə meydana gəldiyi sualının cavabıdır. Bu sualın cavabını da yenə suallar soruşaraq verə bilərik. Canlılar yer üzünə gəlib çatan xüsusi işıq spektrinin xüsusiyyətlərini bilib ona uyğun xüsusi piqment molekulları seçərəkmi bu rənglərə sahib olmuşlar? Əlbəttə ki, belə bir təsadüfün baş vermə ehtimalı sıfırdır.
Bu xüsusi molekullar canlıların dərilərinə xüsusi olaraq yerləşdirilmişdir. Aydındır ki, nə canlıların belə bir əməliyyatı öz iradələriylə reallaşdırmaları, nə də nəzarətsiz təsadüflərin belə bir şeyi meydana gətirməsi mümkün deyil. Çünki qeyd olunan uyğunluq, ancaq hər şeyi öz nəzarət altında saxlayan bir İradənin yaratması ilə reallaşa biləcək bir uyğunluqdur. Allah hər bir canlını özünə məxsus çox təfərrüatlı xüsusiyyətlərə sahib olaraq yaratmışdır. Canlı-cansız hər bir obyekt öz xüsusiyyətinə uyğun piqmentlərə malikdir. Piqmentlər işığı öz molekulyar quruluşlarına əsasən seçici bir şəkildə udarlar. Hər piqment işığa qarşı eyni reaksiyanı verməz. Bundan ötrü də eyni kimyəvi reaksiyanı həyata keçirməz və eyni rəngi meydana gətirməz.
Nümunə olaraq bitkilərin yaşıl görünmələrinə səbəb olan piqment molekullarını, yəni xlorofilləri göstərə bilərik. Bu piqmentlər Günəşdən gələn müəyyən dalğa uzunluqlarını udar və yaşıl rəngi verən dalğa uzunluğundakı işığı əks etdirərlər. Həmçinin günəş işığından aldıqları enerji, bitkilərin bütün canlıların qida mənbəyi olan karbonhidratları əmələ gətirmələrini təmin edər.12 Fərqli piqment molekulları da öz molekulyar xüsusiyyətlərinə görə müəyyən dalğa uzunluqlarındakı rəngləri əks etdirər və müxtəlif kimyəvi reaksiyalar meydana gətirərlər.
Təbiətdə olduqca çox piqment növü vardır. Piqment molekullarının canlılar üçün xüsusi olaraq dizayn olunduğunu görmək üçün yalnız bir neçə nümunə vermək kifayət edəcək.

Piqment Növlərindən Nümunələr: Qoruyucu Rəng Qaynağı Melanin

Klorofil
Bitkilerde bulunan klorofil pigmenti diğerlerine baskın gelir. Bu yüzden bitkiler yeşil görünürler.
Canlıların gözləri həqiqətdə işığa qarşı olduqca həssasdır və mənfi istiqamətdə çox asan təsirlənə bilər. Amma biz gözlərimizdə Allah tərəfindən xüsusi olaraq yaradılmış olan köməkçi sistemlər sayəsində güvən içində günəşə baxa bilərik, ətrafımızı asanlıqla görə bilərik. Bu köməkçi sistemlərdən biri də gözlərdə olan piqment molekullarıdır.
Məlum olduğu kimi canlıların göz rəngi müxtəlifdir. Bu rəngi təmin edən yenə piqmentlərdir. Melanin, gözün içində olan və gözə rəngini verən piqment maddələrindən biridir. Saçınıza və dərinizə rəngini verən maddə də melanindir. Ancaq melaninin vəzifəsi yalnız rəng verici bir maddə olması deyil. Tədqiqatçılar gözdə olan melanin maddəsinin həm gözün zərərli şüalardan qorunmasında istifadə edildiyini, həm də görmə qabiliyyətinin artırılmasını təmin etdiyini ortaya çıxarmışlar. Təbiətdə işığın meydana gətirəcəyi zərərli təsirlərə qarşı ən təbii həll olan melanin maddəsi, xüsusilə yüksək enerjili işıqları, aşağı enerjili işıqdan daha intensiv bir şəkildə udur. Yəni mavidən çox ultrabənövşəyini, yaşıldan çox mavini udar.13 Bu yolla melanin gözün linzasını zərərli ultrabənövşəyi şüalara qarşı qorumuş olar. Torlu qişanın toxumasına zərər vermə xüsusiyyəti olan rəngləri müəyyən ölçülərdə süzgəcdən keçirərək torlu qişanın ən ideal səviyyədə qorunmasını təmin edər. Beləcə sarı nöqtə xəstəliyi riskini azaldır. Göz melanini daha az olan kəslərdə bu xəstəlik daha sıx müşahidə olunur. Gözdəki melaninin 25%-i 50 yaşlarda yox olur. Melaninin gözün qorunmasında çox əhəmiyyətli bir vəzifəsi vardır.14 Bütün bunlardan da başa düşüldüyü kimi, melanin maddəsinin vəziflərinin hər biri, bizə bu maddədəki xüsusi dizaynı göstərir. Bu mükəmməl maddənin necə ortaya çıxdığı sualına veriləcək cavab, şübhəsiz ki, belə qüsursuz bir quruluşa sahib olan çox funksiyalı bu maddənin təsadüfən ortaya çıxmasının qeyri-mümkün olmasıdır. Melanin maddəsi, kainatdakı hər şey kimi, Allah tərəfindən insanlara fayda verəcək şəkildə xüsusi olaraq yaradılmış bir maddədir.

CivcivCivciv
1. Pigmentin Yansıttığı Mavi
 
Güneşten gelen ışınlar cisimlerdeki pigmentleri harekete geçirirler ve bu sayede renkler oluşur. Pigment moleküllerini deliklerinin boyutuna göre seçicilikleri değişen eleklere benzetebiliriz. Aynı elekte olduğu gibi pigmentlerin de yapılarına göre eledikleri (seçtikleri) dalga boyları yani renkler değişmektedir.
Kan vücut içinde oksijen taşıyan renkli pigmentleri içerir. Bu renkler canlı türleri arasında çeşitlilik gösterir. Örneğin mürekkep balığının kanı genellikle uçuk mavi ve hatta renksiz olurken, insanların ve diğer hayvanların kan pigmentleri ise kırmızıdır. Tavuk ibiklerinin kırmızısı ve pek çok karidesin kırmızısı kan pigmentlerinden kaynaklanır.
Kurbağa
Kurbağanın büyük kırmızı gözleri düşmanlarına tehlike uyarısı gönderir. Allah, hayvanların gözlerini şekil ve renkleri ile yaşamlarını kolaylaştıracak şekilde yaratmıştır.

Canlı Rənglərin Qaynağı Karotinoid

Tukan
Tukanların gagalarındaki canlı renklerin kaynağı da pigment molekülleridir.
Karotinoid (və lipokromlar) sarı, qırmızı və portağal rəngini verən və bitkilər tərəfindən hazırlanan piqment molekullarıdır. Heyvanların bu piqmentdən faydalanması isə ancaq bitkilərlə qidalanmaları yolu ilə reallaşır. Zəhərli süngərlər, dəniz lalələri, zəhərli dəniz xiyarları və bəzi molyuskalar bədənlərində topladıqları karotinoid maddəsinin bir nəticəsi olaraq ya qismən, ya da tamamilə sarı, qırmızı və ya narıncı rənglərə sahibdirlər. Bundan başqa kəpənəklərin qanadlarında və quşların dimdiyindəki sarı hissələrdə də karotinoid maddəsi mövcuddur. Bəzi böcəklərdə xüsusi vəzilər sarı və qırmızı rəng ifraz edir. Bu birləşmələrin əsasən solğun yaşıl rəngdədir, hətta rəngsizdir, amma zəhərli böcəklərin qanında parlaq sarı bir rəngə çevrilər. Bu rənglər düşmənlərə qarşı bir xəbərdarlıq xüsusiyyəti daşıyır. Bundan başqa karotinoidlər, bəzi böcəklərin bədənlərində zəhərli birləşmələrə çevrilər, beləcə həm silah, həm də xəbərdaredici olaraq iki vəzifə yerinə yetirərlər.15 Uca Allahın yaratdığı bu xüsusi sistem sayəsində bir çox canlı həyatını rahatlıqla davam etdirir.
Bura qədər təbiətdə mövcud olan piqment növlərindən yalnız bir neçəsini təhlil etdik. Bu təhlillər əsasında gəldiyimiz nəticə piqmentlərin, bu piqmentləri meydana gətirən atomların, əmələ gələn rənglərin hamısında özünü göstərən nizamın varlığı oldu. Bu üstün nizamın sahibi bütün aləmlərin Rəbbi olan Allah, təbiətdə yaratdığı bənzərsiz rəng sənəti ilə bizə Özünü tanıdır.
Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalımların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kor olur. (Həcc surəsi, 46)